Serxio Ramosun istəyi
PSJ-nin ispaniyalı müdafiəçisi Serxio Ramos klubu ilə müqaviləni uzatmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər gözləmə mövqeyindədir. Ramosun Parisdəki gələcəyi cari mövsümün sonuna qədər göstərəcəyi performansdan asılı olacaq. Futbolçu Səudiyyə Ərəbistanı çempionatına getmək təklifinin olmasına baxmayaraq, PSJ ilə müqaviləni uzatmaq istəyir.
36 yaşlı müdafiəçinin PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatır. O, 2021-ci ildən parislilərin heyətində çıxış edir. Ramos ümumilikdə PSJ-nin heyətində 46 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bundan əvvəl xarici mediada Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun onunla maraqlanması ilə bağlı məlumatlar yayılmışdı.
Bizi Facebook-da izləyin