Serxio Ramos sıradan çıxdı
Bir müddət əvvəl PSJ-yə keçən Serxio Ramos zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi məşq zamanı sol baldırından zədələnib. İspaniyalı futbolçu bir həftə sonta məşqlərə başlayacaq.
Ramos avqustun 1-də “Lill”lə keçiriləcək superkubok oyununda komandasına kömək edə bilməyəcək.
Bir müddət əvvəl “Real”dan ayrılan Ramos PSJ-yə azad agent kimi keçib. O, Paris təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin