Serxio Ramos MLS klubu ilə danışıqlar aparır

“Sevilya”nın müdafiəçisi Serxio Ramos karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu 2025-ci ildə MLS-də debüt edəcək “San Dieqo” klubu ilə danışıqlar aparır.

Ramos “Sevilya” ilə müqaviləni yeniləmək istəmir. Onun digər klublardan da təklifləri var, lakin “San Dieqo” ilə danışıqlar inkişaf mərhələsindədir.

38 yaşlı futbolçu bu mövsüm La Liqada 25 oyuna çıxıb və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button