Serxio Ramos MLS-ə üz tuta bilər

“Real”ın və İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos özünə yeni klub axtarışına davam edir.

Xatırladaq ki, futbolçunun bu yaxınlarda Braziliyanın “Botafoqo” klubuna keçidi baş tutmayıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Ramos tezliklə MLS-ə keçə bilər. Mərkəz müdafiəçisi öz variantlarını araşdırır, lakin ispaniyalı futbolçu ilə maraqlanan klubların adları hələ açıqlanmayıb.

Bundan əvvəl Ramosun Meksika çempionatına keçə biləcəyi də bildirilirdi.

Serxio Ramosun son klubu ötən mövsüm çıxış etdiyi “Sevilya” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button