“Jirona” gözünü “Barselona”nın “veteran”ına dikib

“Barselona”nın yarımmüdafiəçisi Serxi Roberto bu yay komandasını dəyişə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə “Jirona” maraqlanır.

32 yaşlı futbolçu “Barsa” rəhbərliyindən gələcəyi ilə bağlı qərar gözləyir. Xarici media futbolçunun maaşının azala biləcəyini yazıb.

Daha əvvəl onunla “Sevilya” və “Valensiya”nın da maraqlandığı bildirilirdi.

İspaniyalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button