Serxio Ramos Xoakinin rekordunu təkrarlayıb

“Sevilya”nın müdafiəçisi Serxio Ramos “Betis”in keçmiş futbolçusu Xoakinin rekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, 37 yaşlı futbolçu La Liqanın 18-ci turunda “Qranada” ilə matçda (3:0) fərqlənməyi bacarıb.

Belə ki, o, “Betis”in sabiq futbolçusu kimi 18 mövsümdə ən azı bir qol vurmağı bacarıb. Hazırda Ramos bütün turnirlərdə 14 oyun keçirib, 4 qol vurub.

Xoakin yayda, 41 yaşında “Betis”də karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button