Sertan Taşkınlı “Manisa” Diniyevin komandasına qalib gəldi
Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi “Manisa” doğma meydanda Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor”la qarşılaşıb.
Beş qolun vurulduğu matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 3:2.
Coşqunun sonadək ehtiyatda qaldığı matçda Sərtan 90 dəqiqə mübarizə aparıb.
“Manisa” bu nəticədən sonra 31 xalla 11-ci, “Ümraniyəspor” isə 30 xalla 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin