Sertan Taşkının komandasından səfər heç-heçəsi
Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi “Manisa” “Keçiörengücü” ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Sertan start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
“Manisa” bu nəticədən sonra 23 xalla 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin