Sertan oynadı, komandası səfərdə uduzdu

Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi “Manisa” səfərdə “Çorum”la qarşılaşıb.

7 qolluq oyun “Manisa”nın məğlubiyyəti ilə bitib – 3:4. Sertan start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 48-ci dəqiqədə sarı vərəqə də alıb.

“Manisa” bu nəticədən sonra 31 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button