“Şerif”in ÇL matçının məkanı dəyişdirildi
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” və Bosniya və Herseqovinanın “Zrinski” komandaları arasında keçiriləcək cavab matçının məkanı müəyyənləşib.
Komanda.az xəbər verir ki, iyulun 12-də baş tutacaq bu qarşılaşma Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək.
Bu barədə Tiraspol klubunun rəsmi saytı məlumat yayıb. Matç saat 21:00-da başlayacaq.
Xatırladaq ki, UEFA Dnestryanı bölgədə beynəlxalq matçların təşkilinə razılıq verməyib. Səbəb kimi Rusiyayla müharibə şəraitində olan Ukrayna ilə sərhəddəki vəziyyətin gərginliyi göstərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin