“Şerif”in baş məşqçisi: “Azərbaycan və Moldova futbolu bənzərdir”

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Azərbaycan və Moldova futbolunu müqayisə edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırda Moldovanın “Şerif” klubuna rəhbərlik edən 58 yaşlı mütəxəssis hər iki ölkə futbolunun inkişafda olduğunu bildirib:

“Azərbaycan və Moldova futbolu bənzərdir. Azərbaycanda olduğu kimi, Moldovada da ən müasir infrastruktura malik və inkişaf edən futbol gördüm. Xüsusən də, Moldova yığmasında maraqlı oyunlarımız oldu. Danimarka, Şotlandiya, İsrail kimi yığmalarla qarşılaşdıq. Hətta məğlubiyyətlər müəyyən dərəcədə bizi inkişaf etdirdiBordin 2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button