“Şerif” “Qarabağ”la oyundan öncə koronavirus testindən keçdi

Moldovanın “Şerif” klubunun kollektivi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la matçdan öncə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tiraspol təmsilçisinin bütün futbolçularının və məşqçilər heyətinin test nəticəsi mənfi olub. Test nəticələri UEFA-ya göndərilib. Moldova çempionu sabah çarter reysi ilə Bakıya yollanacaq.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button