Sərgən Yalçın istefaya göndərildi
Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi Sərgən Yalçını istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən gün Türkiyə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sivasspor”a qarşı ilk oyunda 0:4 hesablı məğlubiyyətlə üzləşən klubun rəhbərliyi çıxış yolunu baş məşqçi dəyişikliyində görüb. Bu gün Sərgən Yalçınla görüşən rəhbərlik onu istefaya göndərib.
Qeyd edək ki, “Yeni Malatyaspor” Sərgən Yalçının rəhbərliyi altındakı son 8 qarşılaşmadan yalnız birində qələbə qazanıb. Sözügedən komanda Türkiyə Super Liqasında ilk dövrəni 24 xalla 8-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin