Rəsmi: “İnter” futbolçusunu Serbiya klubuna satdı
Serbiyanın “Srvena Zvezda” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Belqrad təmsilçisi İtaliya “İnter”indən Aksel Bakayokonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb. Bakayoko yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Bakayoko “İnter”in əsas komandasıyla 1 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin