“Partizan”ın hücumçusu “Mançester Siti”nin hədəfində
Serbiyanın “Partizan” klubunun futbolçusu Filip Stevanoviç karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı hücumçu “Mançester Siti”nin diqqət mərkəzinə düşüb. “Şəhərlilər” Stevanoviç üçün “Partizan”a 8 milyon avro ödəməyə hazırdır. Hücumçu ilə ötən yay “Mançester Yunayted” yaxından maraqlanırdı.
“Partizan”ın yetirməsi olan Stevanoviç, 2018-ci ildən əsas komandada çıxış edir. Hücumçu bu mövsüm Serbiya çempionatında 11 oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin