“Açığı, azərbaycanlılara qarşı oyunu heç fikirləşmirəm”
Serbiyanın “Çukariçki” komandasının futbolçusu Straxinya Tanasieviç Super Liqanın ilk turu çərçivəsində “Vozdovaç”la qarşılaşalacaqları oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun saytına danışan 24 yaşlı müdafiəçi, Konfrans Liqasının 2-ci mərhələsindəki rəqibləri “Sumqayıt”la bağlı da söz açıb:
“Açığı, azərbaycanlılara qarşı oyunu heç fikirləşmirəm. Hazırda bütün diqqətim “Vozdovaç”la matçdadır. Bütün düşüncəmiz bu oyundandır. “Vozdovaç”la matçdan sonra artıq “Sumqayıt” haqda düşünməyə başlayacağıq”.
“Çukariçki” Serbiya çempionatında ilk oyununu bu gün “Vozdovaç”a qarşı keçirəcək.
“Çukariçki” “Sumqayıt”la ilk matçını iyulun 21-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.
Bizi Facebook-da izləyin