“Azərbaycanda hər şeyin bizim üçün yaxşı olacağına inanırıq”
Serbiyanın “Çukariçki” komandasının futbolçusu Miladin Stevanoviç Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Stevanoviç, məqsədlərinin növbəti mərhələyə adlamaq olduğunu deyib:
“İlk oyunda üstün olsaq da, nəticə istədiyimiz kimi olmadı. Düşünürəm ki, qələbəyə layiq idik. Rəqibin də 1-2 qol epizodu var idi. Azərbaycanda hər şeyin bizim üçün yaxşı olacağına inanırıq.
“Sumqayıt” cavab matçında daha sərt oynayacaq. Azarkeşləri qarşısında oynayacaqlar və təzyiq altında olacaqlar. Bizim üçün bu, problem olmamalıdır. İqlim şəraiti, uzaq məsafə bizim üçün bəhanə olmamalıdır. Daha yaxşı olduğumuzu düşünürəm.
Matçın ümumilikdə sərt keçəcəyini düşünürəm. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”.
Sabah Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Çukariçki” matçına saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyun qolsuz bitib – 0:0.
Bizi Facebook-da izləyin