“Ehtiyatlı olmalıyıq, lakin “Sumqayıt”ı çox yüksək qiymətləndirməməliyik”

Serbiyanın “Çukariçki” komandası Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Belqrad təmsilçisinin baş məşqçisi Duşan Corceviç klubun mətbuat xidmətinə püşkü dəyərləndirib:

“Azərbaycandan daha çox “Neftçi” və “Qarabağ” tanınır. “Sumqayıt”ı ətraflı araşdırmalı, onlara lazımi qiyməti verməliyik. Avropa arenasında asan rəqib yoxdur. Bunun fərqindəyik. Belə oyunlar xüsusi olur və çətinlikləri var.

Serbiya klubları və milli komandasının Azərbaycan yığmasına və bu ölkənin klublarına qarşı oyunlar zamanı bəzən əziyyət çəkdiklərini bilirik. Ehtiyatlı olmalıyıq, lakin “Sumqayıt”ı çox yüksək qiymətləndirməməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button