Ana, Bastian və Oskar – FOTO
Keçmiş dünya birincisi, serbiyalı tennisçi Ana İvanoviç həyat yoldaşı, 2014-cü ilin futbol üzrə dünya çempionu olmuş Bastian Şvaynştaygerlə birlikdə 2024-cü ilin Oskar mərasiminə qatılıb. Tədbir martın 11-nə keçən gecə Los-Ancelesdə (ABŞ) baş tutub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İvanoviç sosial şəbəkədə “Oskarlara gedirik” paylaşımı edib.
İvanoviç 2016-cı ilin dekabrında tennisdən ayrılıb. Bundan əvvəl, iyul ayında o, Şvaynştaygerlə ailə həyatı qurub. 2019-cu ilin oktyabrında Bastian karyerasını bitirdiyini bildirib.
Cütlüyün üç övladı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin