
Ərəblər “Fənərbaxça”nın futbolçusu üçün 6 milyon avro ödəməyə hazırdır
Duşan Tadiç “Fənərbaxça”nı tərk edərək karyerasını Avropadan kənarda davam etdirə bilər.
Komanda.az “goal”-a istinadən xəbər verir ki, serbiyalı futbolçunun Səudiyyə Ərəbistanından təklifi var.
Tadiçin xidmətində “Əl-Qadisiyyə” maraqlıdır. Səudiyyə Ərəbistanı klubu onun üçün təxminən 6 milyon avro ödəməyə hazırdır.
35 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayından “Fənərbaxça”da çıxış edir. Tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin