İngiltərə klubundan 14,3 milyon avroluq transfer

Serbiyalı müdafiəçi Nikola Milenkoviç “Fiorentina”dan ayrılaraq, karyerasını İngiltərədə davam etdirməyə qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Nottingem Forest”ə keçib. Milenkoviçin transferi İngiltərə klubuna 14,3 milyon avroya başa gəlib. Futbolçu tibbi müayinədən uğurla keçərək, müqavilə bağlayıb.

Serbiyalı futbolçu 2017-ci ildən “Fiorentina”nın rənglərini qoruyurdu. O, ötən mövsüm 50 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button