Xorvatiyadakı turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri məlum olub
Güləş üzrə Azərbaycan yığmalarının fevralın 2-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək reytinq turniri üçün heyəti açıqlanıb.
Komanda.az Dünya Güləş Birliyinin saytına istinadən xəbər verir ki, dörd gün davam edəcək yarışda Azərbaycanı ümumilikdə 31 idmançı ilə təmsil edəcək.
Sərbəst güləşdə İslam Bazarqanov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), Əli Rəhimzadə, Hacı Əliyev (hər ikisi 65 kq), Qadjimurad Qadjiyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Abubakr Abakarov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.
Qadın güləşində Türkan Nəsirova, Mariya Stadnik (hər ikisi 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaq.
Yunan-Roma güləşində isə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev, İslam Abbasov (hər ikisi 87 kq), Murat Lokyayev, Zamir Maqomedov, Arif Niftullayev (hamısı 97 kq), Sərxan Məmmədov, Beka Kandelaki və Sabah Şəriəti (hamısı 130 kq) medal uğrunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin