Serbiya yığması Bakıya gəlməyəcək – kütləvi yoluxmaya görə
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kubokunun proqramında dəyişiklik edilib.
Komanda.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Serbiya yığması yarışda iştirak edə bilməyəcək.
Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.
Beləliklə, dünya kubokunda 5 komandanın – Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və dünya yığmasına texniki qələbə veriləcək.
Dünya kuboku 4-6 noyabrda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin