Serbiya Sloveniyaya məğlubiyyətdən son anda qurtuldu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Sloveniya – Serbiya görüşü başa çatıb.

Komanda.az xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.

Görüşdə hesabı 69-cu dəqiqədə Yan Karniçnik açıb. 90+5-ci dəqiqədə isə Luka Yociç yekun hesabı müəyyənləşdirib.

Bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.

AÇ-2024
C qrupu

20 iyun

Sloveniya – Serbiya 1:1
Qollar
: Karniçnik, 69 – Yoviç, 90+5.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, “Alyans Arena”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button