Alleqri milli komandaya rəhbərlik edə bilər
“Yuventus”un və “Milan”ın sabiq baş məşqçisi Massimiliano Alleqri Serbiya millisinə rəhbərlik edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Alleqri bu ilin mayında “Yuventus”u tərk edib. Turinlilər onun rəhbərliyi altında bütün turnirlərdə 149 oyunda 80 dəfə qalib gəlib, 34 heç-heçə edib, 35 matçda isə məğlub olub.
Serbiya millisi iyunun 25-də Danimarka yığması ilə AÇ-2024-ün qrup mərhələsinin son oyununa çıxıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bununla da, serblər Avropa çempionatında pley-offa yüksələ bilməyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin