Serbiya millisinin hücumçusu “Ayntraxt”ı MLS klubuna dəyişdi

Futbol üzrə Serbiya yığmasının hücumçusu Deyan Yoveliç Almaniyanın “Ayntraxt” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.

O, MLS təmsilçisi “Los Anceles Qalaksi” klubuna transfer olunub. Bu barədə MLS klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.

Yoveliç 2019-cu ildən “Ayntraxt”da çıxış edirdi. Lakin Frankfurt klubunda cəmi 10 oyun keçirən futbolçu, “Anderlext” və “Volfsberger” kimi komandalarda icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button