Serbiya millisinin 3 futbolçusu Azərbaycanla oyunu buraxa bilər

Serbiya millisinin Fransa klublarında çıxış edən üç futbolçusu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyunu buraxa bilər.

Komanda.az “rs.n1info.com” saytına istinadən xəbər verir ki, bunlar “Reyms”in qapıçısı Predraq Raykoviç, “Strasburq”dan müdafiəçi Stefan Mitroviç, “Monpelye”dən isə yarımmüdafiəçi Mixailo Ristiçdir. Hər üç futbolçu Azərbaycana gəlsə, yenidən Fransaya qayıdanda 10 günlük karantində qalmalı olacaqlar. Bu, Fransada tətbiq edilən koronavirusla bağlı məhdudiyyətlərə görədir.

Belə olan halda, hər üç futbolçu martın 30-da Azərbaycanla keçiriləcək görüşdən sonra Fransaya qayıdanda aprelin 10-na qədər karantində qalacaq və klublarının iki oyununu buraxacaq. Bu səbəbdən Raykoviç, Mitroviç və Ristiçin Bakıya gətiriləcək heyətdən çıxarılması variantı nəzərdən keçirilir.

Serbiya millisi martın 24-də İrlandiyanı, 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Bakıda Azərbaycanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button