Azərbaycanla oyundan əvvəl Serbiya millisində daha 1 itki

Futbol üzrə Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Azərbaycan millisi ilə matçdan öncə daha bir itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, müdafiəçi Nikola Milenkoviç bu görüşü buraxmalı olacaq.

Zədə səbəbindən Lüksemburqla (1:0) oyunda da iştirak etməyən mərkəz müdafiəçisinin millimizlə matça qədər sağalması gözlənilirdi. Lakin İtaliya mətbuatının yazdığına görə, o, sabah meydana çıxa bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button