Serbiya millisi hücumçusunu itirdi
AÇ-2020-də B qrupunda mübarizə aparan Serbiya millisi itki ilə üzləşib.
Komanda.az Serbiya mətbuatına istinadən xəbər verir ki, “Real”ın şərəfini qoruyan Luka Yoviç sıradan çıxıb. Avropa çempionatının oyunlarına hazırlaşarkən zədələnən hücumçu, millinin Portuqaliya yığmasına qarşı keçirdiyi matçda (2:4) meydana çıxaraq, zədəsini ağırlaşdırıb. Millinin həkimləri tərəfindən müayinə edilən 21 yaşlı futbolçunun Lüksemburqa qarşı oyunda iştirak etməyəcəyi dəqiqləşib.
Yoviçin hansı müddətdə yaşıl meydanlardan kənarda qalacağı dəqiq bilinmir.
Lüksemburq – Serbiya qarşılaşması sabah, saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin