
Serbiya millisi dünya çempionu oldu
Voleybol üzrə dünya çempionatının final oyununda Serbiyanın qadınlardan ibarət komandası Braziliya yığmasına qalib gəlib.
Komanda.az xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən görüş 3:0 (26:24, 25:22, 25:17) hesabı ilə serbiyalı voleybolçuların xeyrinə başa çatıb. Üçüncü yer uğrunda oyunda İtaliya ABŞ komandasına qalib gəlib – 3:0 (25:20, 25:15, 27:25).
Serbiya turnirdə məğlub olmayan yeganə komanda olub. Çempionat zamanı serblər Tokio Olimpiadasının qalibi olan ABŞ yığmasını iki dəfə – birinci mərhələdə və yarımfinalda məğlub ediblər.
Komanda ikinci dəfə dünya çempionatının qalibi olub. Serblər ilk birinciliyi 2018-ci ildə əldə ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin