“Görürük ki, Avropa çempionu da Azərbaycana qarşı mübarizə apardı”
Serbiya milli komandasının kapitanı Duşan Tadiç açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda İrlandiyanı məğlub etdikləri matç (3:2) haqda fikirlərini bildirib:
“Məşqçinin bizdən istədiyini yerinə yetirməyə çalışdıq. Cəmi 3 gün birlikdə olmuşduq. Oyunda yaxşı və pis məqamlar var idi. Mənfi tərəfləri yaxşılaşdırmağa çalışacaq”.
Tadiç, Portuqaliya ilə qarşılaşacaqları oyunla bağlı da bunları deyib:
“Oyunu həvəslə gözləyirik. Görürük ki, Avropa çempionu da Azərbaycana qarşı mübarizə apardı. Hər zaman oyunlara yüz faiz köklənməlisən. Portuqaliyada bir çox böyük adlar var. Özümüzə inanmalıyıq”.
Serbiya martın 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Azərbaycanla Bakıda qarşılaşacaq. Azərbaycan yığması ilk oyunda Portuqaliyaya 0:1 hesabıyla uduzub.
Bizi Facebook-da izləyin