“Belə rəqiblərə qarşı oynamaq çətin olur” – Serbiya millisinin üzvü
Serbiya milli komandasının futbolçusu Filip Kostiç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Azərbaycan yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az “novosti.rs” saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, səbəb olduğu penalti epizoduyla bağlı danışıb:
“Oyunçunu görməmişdim, topa ən qısa zamanda çatmağa çalışırdım. Sonra isə lazımsız reaksiya verdim. Əsas olan nəticədə qələbə qazanmağımızdır.
Oyunumdan razıyam, daha yaxşısını da edə bilərdim. Belə rəqiblərə qarşı oynamaq çətin olur. Zehni olaraq çox çalışmışdıq, nəticədən razı qalmalıyıq. Qarşıda oyunlarımız var, asan olmayacaq, lakin bacaracağımıza inanıram”.
Serbiya yığması Azərbaycan millisini 2:1 hesabıyla məğlub edib. Serblərin qolunu Aleksandar Mitroviç, Azərbaycanın yeganə qolunu isə Emin Mahmudov penaltidən vurub.
Bizi Facebook-da izləyin