“Azərbaycanla oyun finala vəsiqə yolunda maneədir” – Stoykoviç
Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Stoykoviç, bunları söyləyib:
“Hər oyun bir çağırışdır. Qarşıdakı iki matçı lehimizə tamamlamalıyıq. Lüksemburq və Azərbaycanla oyunlar finala vəsiqə yolunda aşmaq məcburiyyətində olduğumuz maneədir.
Final deyəndə Portuqaliya ilə matçı nəzərdə tuturam. Daim diqqətli olmalısan, amma hansısa oyunçudan qorxacağıqsa, oynamamaq ondan yaxşıdır. Həmişə öz hisslərimə görə komanda qururam. Matça hazırlaşanda otaqda öz qərarımı verirəm. Bu, rəqibin kimliyindən, oyunçuların məşqdə özünü necə göstərməsindən, atmosferdən asılı olur”.
Serbiya millisi oktyabrın 9-da Lüksemburqun qonağı olacaq, üç gün sonra isə Azərbaycanla qarşılaşacaq.
Bizi Facebook-da izləyin