Milli komandanın yeni bombardiri
Serbiya milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Portuqaliya ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, 2:2 hesabıyla bitən qarşılaşma serbiyalı futbolçu Aleksander Mitroviç üçün rekordla əlamətdar olub. Belə ki, 26 yaşlı hücumçu komandasının ilk qolunu vuraraq, yığmadakı qollarının sayını 39-a çatdırıb. O, bununla da, millidə ən çox qol vuran futbolçu ünvanına yiyələnib.
Serbiya milli komandasının əvvəlki bombardiri 38 qolla Stepan Bobek idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin