Serbiya kubokunun qalibi bəlli oldu
Futbol üzrə Serbiya kubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda iki əzəli rəqib – “Srvena Zvezda” ilə “Partizan” üz-üzə gəlib.
Belqrad derbisinin taleyini bir qol həll edib. 14-cü dəqiqədə fərqlənən Ostoyiç “Partizan”a Serbiya kubokunu qazandırıb.
Bununla “Partizan” ardıcıl 4-cü, bütövlükdə isə 7-ci dəfə ölkə kubokuna sahib çıxıb. Sözügedən klub 2008, 2009, 2011, 2016, 2017 və 2018-ci illərdə də oxşar uğura imza atmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin