
Serbiya – Azərbaycan matçının stadionu məlum oldu
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Serbiya – Azərbaycan matçı sentyabrın 12-də, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının idman mərkəzində keçiriləcək.
Oyunun başlama vaxtı ilə bağlı əlavə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin