
“Roma”nın qapıçısının İngiltərədən 2 “müştəri”si var
“Roma”nın qapıçısı Mile Svilar yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serb futbolçunun xidmətində “Çelsi” və “Mançester Siti” maraqlıdır.
Sviların öz gələcək planları hələ də məlum deyil. O, 2022-ci ildən “Roma”da çıxış edir.
25 yaşlı qolkiper bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 47 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlaya bilib. Onun “canavarlar”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin