
“Yuventus”un futbolçusu Rusiya klubunun təklifini rədd edib
“Spartak” (Moskva) “Yuventus”un yarımmüdafiəçisi Filip Kostiçin transferində maraqlıdır.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, serbiyalı futbolçu “qırmızı-ağlar”ın təklifini rədd edib.
Kostiç 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. O, turinlilərin heyətində 87 oyun keçirib, 3 qol vurub və 15 məhsuldar ötürmə verib. 31 yaşlı futbolçu əvvəllər “Ayntraxt” ( Frankfurt), “Hamburq”, “Ştutqart”, “Qroningen” və “Radniçki”də çıxış edib.
Serbiyalı yarımmüdafiəçinin “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin