Keçmiş hücumçu “Mançester Yunayted”i tənqid etdi – Ferqyusona görə

“Mançester Yunayted”in sabiq hücumçusu Erik Kantona keçmiş klubunu Aleks Ferqyusona pul ödəməyi dayandırmaq qərarına görə tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Ser Aleks Ferqyuson ölənə qədər “Mançester Yunayted”də istədiyi hər şeyi edə bilməlidir. Klubun bu qərarı hörmətsizliyi göstərir. Bu, tamamilə qalmaqaldır! Ser Aleks Ferqyuson həmişə mənim bossum olacaq. Mən isə “Mançester Yunayted”in bütün liderlərini böyük bir zobil torbasına atacam”.

Əvvəllər “Mançester Yunayted”i çalışdırmış Ferqyuson son illərdə İngiltərə klubunun səfiri kimi çalışıb və buna görə maaş alıb. Xərclərin optimallaşdırılması çərçivəsində “qırmızı şeytanlar” ona ödəniş etməyi dayandırmaq qərarına gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button