Əvvəl “Qalatasaray”, sonra “Qarabağ”

Sentyabrın 19-da Azərbaycan Premyer Liqasında 3-cü tura start veriləcək.

Komanda.az xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək. Açılış matçında “Qəbələ” doğma meydanda “Keşlə”ni qəbul edəcək. Yunis Hüseynovun rəhbərlik etdiyi Bakı komandası əvvəlki iki turda bir qələbə qazanıb, bir dəfə də heç-heçə edib. “Keşlə”dən fərqli olaraq, “Qəbələ” isə qələbə üzünə həsrətdir.

Son turda səfərdə “Neftçi” üzərində inamlı qələbə qazanan “Sumqayıt” bu dəfə doğma divarlar arasında “Səbail”i sınağa çəkəcək.

Ötən mövsümün sonunda futbolçu karyerasını bitirən və baş məşqçiliyə başlayan Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə”, 3-cü tur çərçivəsində “Sabah”la qarşılaşacaq. Artıq baş məşqçi kimi ilk qələbəsini qazanan Sadıqov, bu turda da növbəti zəfərini qazanmaq niyyətindədir.

Turun mərkəzi görüşündə lider “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. Hər iki komanda derbi öncəsi çətin avrokubok sınağına çıxacaq. “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Molde”ylə qarşılaşacaq. Ağdam təmsilçisi Kiprdə keçiriləcək oyundan zəfərlə ayrılsa, “Neftçi”nin qarşısına da yüksək motivasiya ilə çıxacaq.

“Neftçi”də isə vəziyyət bir qədər daha çətindir. Bakılıların Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Türkiyə nəhəngi “Qalatasaray”dır. “Neftçi”nin cari mövsümdə sərgilədiyi oyuna baxsaq, “ağ-qaralar”ın məğlubiyyətinin qaçılmaz olduğunu düşünmək olar. Əvvəlcə “Qalatasaray”, sonra isə “Qarabağ”la oyunların nəticəsinə görə, komandanın baş məşqçisi Füzuli Məmmədovun da “Neftçi”dəki gələcəyi sual altında qala bilər.

Azərbaycan Premyer Liqası, 3-cü tur

19 sentyabr

17:00 Qəbələ – Keşlə
Qəbələ şəhər stadionu

19:15 Sumqayıt – Səbail
Sumqayıt şəhər stadionu

20 sentyabr

18:00 Zirə – Sabah
Zirə İdman Kompleksinin stadionu

20:15 Qarabağ – Neftçi
“Azersun Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button