“Sentyabr ayı futbol azarkeşləri üçün sevindirici oldu” – Fərid Qayıbov
“Sentyabr futbol azarkeşlərimiz üçün də sevindirici oldu”.
Komanda.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə sosial mediada yazıb.
O, “Qarabağ”ın və milli komandanın qələbə qazandığını xatırladıb:
“Əvvəlcə “Qarabağ” UEFA Avropa Liqasının qrup oyununda Fransanın “Nant” klubuna 3:0 hesabı ilə qalib gəldi. Ardınca yığma komandamızın Millətlər Liqasında əvvəlcə Slovakiyada əzmkar qələbəsi, sonra isə Bakıda Qazaxıstanı məğlub etməsi bizi sevindirdi”.
Nazir şahmat üzrə Avropa çempionatında müvafiq olaraq gümüş və bürünc medal qazanan Günay Məmmədzadə ilə Ülviyyə Fətəliyevanın tarixi uğura imza atdıqlarını bildirib:
“Çünki indiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. İki təmsilçimizin mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğurdur”.
Qayıbov həm də, Azərbaycan gimnastika tarixində də yeni səhifə açıldığını diqqətə çatdırıb:
“Qrup hərəkətləri komandamız dünya çempionatında ilk dəfə bürünc medal qazandı. Cüdo üzrə gənclərdən ibarət komandamız da Avropa çempionatında qarışıq komanda yarışında ilk dəfə medal əldə etdi”.
Bizi Facebook-da izləyin