“Sent-Etyen”in yetirməsi Super Liqa klubunda

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Kan” klubunun yarımmüdafiəçisi İsmael Diomandeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Fil Dişi Sahili yığmasının da şərəfini qoruyan Diomande Fransanın “Sent-Etyen” klubunun yetirməsidi. O, 2016-cı ildən “Kan”ın uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button