Şenol Günəş milliyə 33 futbolçu dəvət etdi SİYAHI
Türkiyə millisinin AÇ-2020-nin seçmə mərhələsində Fransa (8 iyun) və İslandiya (11 iyun), yoxlama oyunlarında isə Yunanıstan (30 may) və Özbəkistanla (2 iyun) qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.
Komanda.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Şenol Günəş 33 futbolçuya dəvət göndərib:
Qapıçılar: Mərt Günok, Gökhan Akkan, Sinan Bolat, Uğurcan Çakır;
Müdafiəçilər: Mehmet Zeki Çelik, Nazım Sanqare, Ozan Kabak, Çağlar Söyüncü, Kaan Ayhan, Merih Demiral, Umut Meraş, Əmrə Taşdəmir, Hasan Ali Kaldırım;
Yarımmüdafiəçilər: Cengiz Ündər, Abdülkadir Ömür, Deniz Türüç, Dorukhan Tököz, Efecan Karaca, Əmrə Bələzoğlu, İrfan Can Kahveci, Mahmut Təkdəmir, Oğuzhan Özyakup, Okay Yokuşlu, Ozan Tufan, Yunus Mallı, Yusuf Yazıcı, Hakan Çalhanoğlu, Ömər Ali Şahinər;
Hücumçular: Burak Yılmaz, Cenk Tosun, Enes Ünal, Güvən Yalçın, Kənan Karaman.
Bizi Facebook-da izləyin