Şenol Günəş: “Dərs çıxarılası oyun oldu”
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” ilə matçından sonra (3:1) mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, Bakıdan üstünlüklə ayrıldıqlarını söyləyib:
“Gözəl oyun oynamaq, üstünlüklə geri dönmək istəyirdik. Bunu bacardıq. Qaçırdığımız epizodlar oldu. Bəzi futbolçularda yorğunluq var idi. Son 15 dəqiqədə oyuna nəzarəti itirdik. Nəticədə, qol buraxdıq. Dərs çıxarılası qarşılaşma oldu. Bakıdan üstünlüklə ayrılırıq. Cavab matçına ciddi hazırlaşmalıyıq. “Neftçi”yə uğurlar arzulayıram. Azarkeşlər əla idilər.
“Sabah” da, “Neftçi” də yaxşı futbolçulara sahib komandalardılar. Futbolçular hazırda istənilən performansı sərgiləməyə bilirlər. Məşqçilər də səhvlər edirlər. Adıçəkilən klublardan hansınınsa üstün olduğunu deyə bilmərəm, həddimə də deyil. “Sabah” və “Qarabağ” bu gün avrokuboklarda qələbə qazanıblar. Onları təbrik edirəm!
Çox təəssüf ki, Türkiyədə yenidən zəlzələ baş verib. Bu, təbii fəlakətdir. Ümid edirəm ki, çox ciddi itkilər olmayıb. Bakı səfəri gözəl oldu. Hamınıza təşəkkür edirəm!”
Xatırladaq ki, cavab qarşılaşması avqustun 17-də İstanbulda baş tutacaq.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin