Şenol Günəş Bakıda keçiriləcək oyunlardan əvvəl Tarkana müraciət etdi

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş türkiyəli tanınmış müğənni Tarkana müraciət edib.

Komanda.az xəbər verir ki, millinin baş məşqçisi “Fanatik”ə verdiyi açıqlamada, Tarkandan AÇ-2020-nin oyunları üçün DÇ-2002-də olduğu kimi, bir mahnı bəstələməsini xahiş edib:

“2002-ci ildəki dünya çempionatının oyunlarından əvvəl Kosta Rikaya matç izləməyə getmişdim. Bir diskotekada Tarkanın mahnısı səsləndirilirdi. Çox bəyənmişdim. DÇ-2002-də Tarkanın “Bir oluruz yolunda” mahnısı milli komandanın ruhunu oxşamışdı. Hazırkı milli komandamız üçün də AÇ-2020-nin oyunlarından əvvəl mahnı bəstələməsini istəyirəm. Tarkan DÇ-2002-dəki mahnısı ilə bizə çox kömək etdi. İndi ondan yeni mahnı gözləyirik”.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button