Mane Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb
“Bayern”in hücumçusu Sadio Mane “Əl-Nəsr”ə keçməyə yaxındır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Bayern”in vingerinin transferində maraqlıdır. 31 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri razılaşdırılıb.
Daha əvvəl Münhen klubunun seneqallı oyunçu üçün 32 milyon avro və bonuslar almaq istədiyi bildirilirdi.
Mane ötən yay Almaniya təmsilçisinə transfer olunub. O, Bundesliqada 25 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin