“Həmişə belə bir komandada oynamaq arzusunda olmuşam”
Seneqallı futbolçu Nikolas Cekson “Çelsi”yə keçidini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “zadəganlar”ın ev matçlarını keçirdiyi stadion haqda danışıb:
“Stemford Bric”də ilk dəfə olacam. Bu, əladır. Çox böyük stadiondur, azarkeşlər meydanaçaya yaxın əyləşirlər. “Vilyarreal”ın da stadionu bu formadadır. Ona görə də, azarkeşlərin meydançaya çox yaxın olmasına öyrəşmişəm. Bundan çox xoşum gəlir.
“Çelsi” dünyanın ən yaxşı komandalarından biridir. Uşaqlıqdan bu klubu izləyirəm. Demba Banın, Didye Droqbanın, Nikola Anelkanın oyunlarını izləmişəm. Onlar böyük futbolçu olublar. Buna görə də, həmişə belə bir komandada oynamaq arzusunda olmuşam”.
Cekson “Vilyarreal”dan İngiltərə klubuna keçib. Onun London təmsilçisi ilə sözləşməsi 2031-ci ilə qədərdir.
Öncədən “zadəganlar”ın La Liqa klubuna təxminən 37 milyon avro ödəyəcəyi bildirilirdi. Bu da futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləğindən 2 milyon avro çoxdur.
Bizi Facebook-da izləyin