Seneqalın ən yaxşı ikinci bombardiri oldu – “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın futbolçusu İbrahima Vadji 2021/2022 mövsümündə Seneqalın ən yaxşı bombardirləri sırasına düşüb. 

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu “wiwsport.com” nəşrinin hazırladığı siyahıda ikinci yeri tutub. O, ötən mövsüm ərzində qatıldığı bütün turnirlərdə 16 qol vurub. Qollardan 11-i Azərbaycan Premyer Liqasına, 4-ü ölkə kubokuna, 1-i isə Konfrans Liqasına təsadüf edib. 

Siyahıya 23 qolla İngiltərə “Liverpul”unun və Seneqal millisinin yarımmüdafiəçisi Sadio Mane başçılıq edir.

Üçüncü yeri isə Çinin “Şanxay Port” komandasında 13 dəfə fərqlənmiş Şerif Ndiaye tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button