Mane xəstəxanalıq oldu

Seneqal milli komandasının futbolçusu Sadio Mane Afrika Millətlər kubokunda Kapo-Verdeyə qarşı keçirilən matçdan (2:0) sonra xəstəxanaya aparılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Wiwsport” portalı məlumat yayıb.

Mane matçın ikinci hissəsində rəqib komandanın qapıçısı Jozimar Vozineylə toqquşub. Epizodda qapıçı kobud müdaxiləyə görə qırmızı vərəqə alıb. Oyuna davam edən Sadio Mane qarşılaşmanın 63-cü dəqiqəsində matçda hesabı açıb, 7 dəqiqə sonra isə əvəzlənib.

Yığmanın kapitanı başına görə matçdan sonra müayinə üçün xəstəxanaya aparılıb. Manenin başından ciddi zədə almadığı bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button