Mane: “Bu, Çempionlar Liqasını qazanmaqdan daha üstündür”

Seneqal milli komandası ilə Afrika Millətlər kubokunu qazanan Sadio Mane açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, “Liverpul”da çıxış edən hücumçu, Afrika Millətlər kubokunu qazanmağın daha vacib olduğunu söyləyib:

“Həyatımdakı ən xüsusi günü yaşadım. Afrika Millətlər kuboku həyatımdakı ən dəyərli tituldur. Bu, Çempionlar Liqasını qazanmaqdan daha üstündür. Mənim üçün ən vacib olan milli komanda ilə Afrika Millətlər kubokunu qazanmaq idi”.

Seneqal millisi Afrika Millətlər kubokunun finalında Misiri məğlub edib (əsas vaxt 0:0, penaltilər 2:4). Mane turnirin ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button